​Türkiyədə ağır avtobus qəzası, azı 8 ölü

​Türkiyədə ağır avtobus qəzası,
23:40 11.06.2022
226 Dünya
A- A+

Türkiyənin Balıkəsir vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

SÜLH.İNFO.AZyerli KİV-lərə istinadla xəbər verir ki, Dursunbəy-Kepsüt yolunun 35-ci kilometrində mikroavtobusla yük avtomobili toqquşub.

Qəza nəticəsində azı səkkiz nəfər ölüb, on nəfər yaralanıb.

Məlumata görə, altı nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada dünyasını dəyişib. Digər yaralıların xəstəxanada müalicəsi davam etdirilir.