Qazaxda 47 yaşlı qadın yuyucu vasitə içərək zəhərlənib.
“Qafqazinfo”nun xəbərinə görə, rayonun Çaylı kənd sakini, 1975-ci il təvəllüdlü İsmiyeva Tükəzban zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qadının “NET” adlı yuyucu vasitə içərək özünü zəhərlədiyi qeyd olunur. Qadının həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.