​Bakıda hoteldə faciə - ərəb qadın öldü

​Bakıda hoteldə faciə
22:40 13.06.2022
141 Hadisə
A- A+

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

 "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən "Aysberg” hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib. 

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.