​Füzulidə 328 ədəd çətənə kolu yandırıldı

​Füzulidə 328 ədəd çətənə
14:40 14.06.2022
157 Hadisə
A- A+

Füzuli Rayon Polis Şöbəsinin və Beyləqan rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan SÜLH.İNFO.az-a verilən məlumata görə, tədbir zamanı Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yabanı halda bitmiş 328 ədəd çətənə kolu yandırılaraq məhv edilib.