​Kollektorda batan kişinin meyiti tapıldı

​Kollektorda batan kişinin
15:40 14.06.2022
131 Hadisə
A- A+

12.06.2022-ci il tarixində Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun axtarışları başa çatıb.

SÜLH.İNFO.az FHN-nin saytına istinadən xəbər verir ki, T.Cavadovun meyiti kollektorun Salyan rayonu ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 30 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.