​"Ərimi necə öldürüm" kitabının yazarı ərini öldürdü

​
16:20 14.06.2022
143 Dünya
A- A+

Amerikada "Ərimi necə öldürüm" və "Səhv ər" kitabının yazarı Nensi Krempton ömürlük həbs cəzasına məhkum edilib.  

SÜLH.İNFO.az xəbər verir ki, buna səbəb 71 yaşlı yazarın ərini qətlə yetirməsi olub.  Belə  ki, ABŞ-ın Oreqon ştatının məhkəməsi həyat yoldaşı Deniel Brofini öldürdüyü təsdiqlənən yazar barəsində ömürlük həbs qərarı qəbul edib.  

Amma onun 25 ildən sonra şərti azadlığa çıxmaq hüququ əlindən alınmayıb.