​Bakıda qəza - Sürücü öldü

​Bakıda qəza -
12:00 15.06.2022
143 Hadisə
A- A+

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SÜLH.İNFO.az Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda "Kia" markalı minik avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Məmiyev Yaqub Heybət oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.