​Toyuna bir həftə qalmış qəzaya düşərək ölən oğlanın nişanlısı da vəfat etdi

​Toyuna bir həftə qalmış qəzaya düşərək ölən
20:20 15.06.2022
133 Hadisə
A- A+

Şəkidə baş verən yol qəzasında xəsarət alan qadın dörd gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 1995-ci il təvəllüdlü Günel Göyüşova bu gün səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, 11 iyun tarixində Şəkinin Aşağı Küngüt kəndində “Mercedes-Benz” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.