​Nəzarətsiz qalan körpə dördüncü mərtəbədən yıxılıb

​Nəzarətsiz qalan körpə dördüncü mərtəbədən
21:20 15.06.2022
132 Hadisə
A- A+

Lənkəranda iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

“Report”un xəbərinə görə, hadisə şəhərin Qala Xiyabanı küçəsinə beşmərtəbəli binada baş verib.

İki yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.

Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.

Uşağın Bakıdakı xəstəxanalardan birinə köçürülməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.