​Çempionlar Liqası: Mahir Emrelinin komandası üçün rəqiblər müəyyənləşib

​Çempionlar Liqası:
22:20 15.06.2022
137 İdman
A- A+

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərindəki tədbirdə 12 cüt müəyyənləşib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası "Şkupi" (Şimali Makedoniya) / “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası, II təsnifat mərhələsi

Çempionlar Yolu

"Tobol" (Qazaxıstan) / "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) / "Dinamo" (Batumi, Gürcüstan)

“Dinamo” (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) / “Linkoln” (Cəbəllütariq)

"Lex" (Polşa) / "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)

HIK (Finlandiya) / RFŞ (Latviya) - “Viktoriya” (Çexiya)

TNS (Uels) / “Linfild” (Şimali İrlandiya) - "Budye Qlimt" (Norveç) / "Klasksvik" (Farer adaları)

"Balikani" (Kosovo) / "Jalgiris" (Litva) - "Malmö” (İsveç) / İlkin mərhələnin qalibi

"Lüdoqorets" (Bolqarıstan) / "Sutyeska" (Monteneqro) - "Şemrok Rovers" (İrlandiya) / "Hibernians" (Malta)

"Maribor" (Sloveniya) / "Şaxtyor" (Soliqorsk, Belarus) - "Zrinski" (Bosniya və Herseqovina) / "Şerif" (Moldova)

“Makkabi” (Hayfa, İsrail) - “Olimpiakos” (Yunanıstan)

"Pünik" (Ermənistan) / ÇFR (Rumıniya - "Düdelanj" (Lüksemburq) / "Tirana" (Albaniya)

Liqa yolu

“Dinamo” (Kiyev, Ukrayna) - “Fənərbağça” (Türkiyə)

“Midtüllan” (Danimarka) - AEK (Kipr)

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.