​Lukaşenko gecələr niyə yatmadığını açıqladı

​Lukaşenko gecələr niyə yatmadığını
19:20 16.06.2022
130 Dünya
A- A+

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki abituriyentlərin mərkəzləşdirilmiş sınaq imtahanı ilə bağlı problemlərə görə yata bilmədiyini etiraf edib.

SÜLH.İNFO.az  BELTA-ya istinadən xəbər verir ki, bunu ölkə başçısı biologiya və tibbin inteqrasiyası haqqında məruzəni dinləyərkən bildirib.

Onun sözlərinə görə, ölkədə ali məktəblərə qəbul imtahanlarının təşkili ilə bağlı yanaşmalar müəyyən edilməlidir:

“Bu məsələ hər zaman məni narahat edir. Açığı, gənclərimiz üçün qəbul imtahanlarının bu cür təşkilinə çox tənqidi yanaşıram”.