​Tbilisidə Gürcüstan Prezidentinin iştirakı ilə Avrointeqrasiyaya dəstək mitinqi keçirilir

​Tbilisidə Gürcüstan Prezidentinin iştirakı ilə Avrointeqrasiyaya
20:40 16.06.2022
132 Dünya
A- A+

Tbilisidə Avropaya inteqrasiyaya dəstək aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya təşəbbüsü ilə Gürcüstan Prezidenti Salome Zurabişvili iki gün öncə keçirdiyi brifinqdə çıxış edib.

Avropa meydanında keçirilən “Birlik aksiyası”nda S.Zurabişvili, Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Karl Hartzel, Fransa, Almaniya, digər ölkələrin səfirləri, ictimai fəallar və sıravi vətəndaşlar da iştirak edirlər.

Hakim Gürcü Arzusu Partiyası mitinqə qatılmayacağını bildirib. Sədr İrakli Kobaxidze prezidentin təşəbbüsünü qeyri-ciddi adlandırıb. Aparıcı müxalifət partiyaları da aksiyada iştirakdan imtina ediblər.

Qeyd edək ki, sabah Avropa Komissiyası Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilib-verilməməsi ilə bağlı rəyini açıqlamalıdır.