​Ukraynada bu partiyaların da fəaliyyəti dayandırıldı

​Ukraynada bu partiyaların da fəaliyyəti
22:00 16.06.2022
138 Dünya
A- A+

Ukraynada daha iki siyasi partiyanın fəaliyyəti dayandırılıb.

 Səkkizinci İnzibati Apellyasiya Məhkəməsinin qərarı ilə “Sol Müxalifət” və “Şariynin Partiyası” siyasi partiyalarının fəaliyyəti qadağan edilib.

Hazırda Səkkizinci İnzibati Məhkəmədə 16 işə baxılır, bu işlərlə bağlı artıq 9 qərar çıxarılıb.

Daha əvvəl bu məhkəmənin qərarları ilə “Müxalifət Bloku”, Sosialist Partiyası, “Naşi”, “Sosialistlər” Partiyası, “Vladimir Saldo” Bloku, “Derjava” Partiyası, Ədalət və İnkişaf Partiyasının fəaliyyəti qadağan edilib.