​Avtomobil velosipedçini vuraraq ÖLDÜRDÜ

​Avtomobil velosipedçini vuraraq
09:40 17.06.2022
145 Hadisə
A- A+

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.

SÜLH.İNFO.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib.

Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub.

Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.

Məlumata görə, ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş.

Faktla bağlı araşdırma aparılır.