​Parisdə ermənilər Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib - xəsarət alan var(FOTO)

​Parisdə ermənilər Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib -
10:00 17.06.2022
165 Hadisə
A- A+

Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib.

SÜLH.İNFO.az report-a istinadən xəbər verir ki, ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV" kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.