​Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir

​Baş Prokurorluq növbəti regional konfransı
13:40 17.06.2022
131 Ölkə
A- A+

Baş Prokurorluq tərəfindən Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının iştirakı ilə iyunun 17-də konfrans təşkil ediləcək. 

SÜLH.İNFO.az xəbər verir ki, “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı işgüzar konfransda digər dövlət və media qurumları, qeyri-hökumət təşkilatları, təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.

Şəki şəhərində yerləşən mötəbər məkanların birində təşkil olunacaq konfransda Baş Prokurorluğun idarə rəislərindən birinin iştirakı da gözlənilir. Məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib. 

Xatırladaq ki, bundan əvvəl Baş Prokurorluq tərəfindən regional konfranslar Gəncə, Lənkəran və Gədəbəy şəhərlərində təşkil edilib.