Ermənistanla Azərbaycan arasında yaranmış münaqişə nəticəsində torpaqlarımız 30 il ərzində işğal altında saxlanılıb. BMT Təhlükəsizlik Şurasının tərəfindən ərazilərimizin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edilmişdi.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVİD-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
“Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrin icra olunmadığını gördük. Bu da BMT-yə qarşı olan etimadın azalmasına gətirib çıxarmışdı. Biz bütün beynəlxalq ictimaiyyətə yeni dünya nizamının yaradılmasını təklif edirik. Eyni zamanda, hər bir qəbul edilən qətnamənin yerinə yetirilməsi vacibdir. Biz BMT-nin daha səmərəli olmasında maraqlıyıq”, - nazir vurğulayıb.