​Qazaxıstan İran vətəndaşları üçün iki həftəlik vizasız rejim tətbiq edir

​Qazaxıstan İran vətəndaşları üçün iki həftəlik
13:20 19.06.2022
275 Dünya
A- A+

Qazaxıstan İran vətəndaşları üçün 14 gün müddətinə vizasız rejim tətbiq edir.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə keçirdiyi görüşdə deyib. deyib.

"Biz İran vətəndaşları üçün 14 gün müddətinə vizasız rejim tətbiq edirik. Bu tədbir müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən işgüzar dairələrin nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsi, çoxlu sayda turistin cəlb edilməsi məqsədi daşıyır", - Tokayev bildirib.

Qeyd edək ki, Qazaxıstan lideri bu gün İrana rəsmi səfər edib.