​Əvvəlcə qonşusunu sonra özünü güllələdi

​Əvvəlcə qonşusunu sonra özünü
13:40 19.06.2022
277 Hadisə
A- A+

Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Şatırlı kəndində baş verib.
 
Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.
 
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.