​Rusiyada vulkan püskürdü

​Rusiyada vulkan
10:20 20.06.2022
111 Dünya
A- A+

Rusiyanın Kamçatka regionunda Şiveluç vulkanı püskürüb.

SÜLH.İNFO.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bir neçə saat əvvəl Şiveluç vulkanının püskürməsi nəticəsində kül 7000 metr yüksəkliyə qalxıb. Kül və lava 10 km məsafəyə yayılıb. Vulkanın yaxınlığında heç bir yaşayış məntəqəsi yoxdur.

Dəniz səviyyəsindən 3283 metr yüksəkdə yerləşən Şiveluç vulkanının yaşı 60 min ildən çoxdur.