​Xırdalanda maşın 4 yaşlı uşağın üstündən KEÇDİ

​Xırdalanda maşın 4 yaşlı uşağın üstündən
13:20 20.06.2022
109 Ölkə
A- A+

Xırdalan şəhərində uşaq avtomobilin altında qalıb.

SÜLH.İNFO.az xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Orada yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.(apa)