​Aİ aclıqla mübarizə üçün Afrikaya 1,8 milyard avro ayırıb

​Aİ aclıqla mübarizə üçün Afrikaya 1,8 milyard
20:20 20.06.2022
235 Dünya
A- A+

“Avropa İttifaqı (Aİ) Afrika ölkələrinə 1,8 milyard avro məbləğində maliyyə yardımı edib. Bu vəsait aclıqla mübarizə üçün istifadə ediləcək”.

SÜLH.İNFO.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə dünyada sabitliyi pozub: “Bu səbəbdən Ukraynanın dəniz limanlarında milyonlarla ton taxıl blokadada qalıb”.

J.Borrel vurğulayıb ki, Rusiyanın bu addımları müharibə cinayəti kimi qəbul edilməlidir.