​Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edildi

​Xocavənddə 1 tona yaxın çətənə kolu
12:00 21.06.2022
268 Hadisə
A- A+

Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan SÜLH.İNFO.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər.

Tədbir zamanı işğaldan azad edilmiş Zoğalbulaq kəndinin ərazisindəki meşə massivində yabanı halda bitmiş çəkisi 1 tona yaxın olan 2156 ədəd çətənə kolu yandırılaraq məhv edilib.