​Məşhur restoran Çin dənizində BATDI

​Məşhur restoran Çin dənizində
12:20 21.06.2022
270 Dünya
A- A+

Cənubi Çin dənizində Honq-Konqun simvollarından biri olan “Jumbo Floating Restaurant”ı batıb. 

SÜLH.İNFO.az-ın məlumatına görə, 40 ildən artıqdır ki, xidmət göstərən nəhəng restoran başqa bölgəyə köçürülərkən əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğrayıb. 

Nəticədə nəhəng restoranı su götürüb və böyrü üstə batıb. 

Bildirək ki, restoranın məşhur müştəriləri arasında İngiltərə kraliçası II Elizabet və Tom Kruz kimi adlar var.