​14 marşrut xətti üzrə avtobuslar gecikmə ilə hərəkət edir - FOTO

​14 marşrut xətti üzrə avtobuslar gecikmə ilə hərəkət edir -
17:40 22.06.2022
291 Toplum
A- A+

Hazırda paytaxtın Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindən 3-cü mikrorayon dairəsi istiqamətində müşahidə olunan sıxlıq səbəbindən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Bu barədə SÜLH.İNFO.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, avtobuslar gecikmə və uzunmüddətli intervalla hərəkət edirlər. Gecikmələr təxminən 16-20 dəqiqə aralığındadır.