​Fransada yeni koronavirus dalğası başlayıb

​Fransada yeni koronavirus
22:20 22.06.2022
208 Dünya
A- A+

Fransada COVID-19 pandemiyasının yeni dalğası başlayıb.

SÜLH.İNFO.az  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransanın koronavirusa qarşı peyvənd proqramının rəhbəri, epidemiologiya professoru Alen Fişer bildirib.

O, Fransada COVID-19 pandemiyasının yenidən yayıldığını deyib.

A.Fişer ictimai nəqliyyatda tibbi maskaların məcburi istifadə edilməsinin bərpasının tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, Fransada koronavirusa yeni yoluxma halları bir ayda üç dəfə artıb.