Ukrayna Ali Radasında gərgin anlar yaşanıb.
SÜLH.İNFO.az xəbər verir ki, prezident Vladimir Zelenskinində yer aldığı iclasda erməni əsilli deputat qeyri-etik hərəkətinə görə qovulub.
Belə ki, hakim Xalqın Xidmətçisi Partiyasından olan erməni əsilli deputatı Qeo Leros parlamentdə çıxışı zamanı Zelenskini tənqid edib. O, həmçinin də, Ukrayna liderini satqın adlandırıb.
“Demək istəyirəm ki, həqiqəti deməkdən qorxmuram. İstədiyin qədər hüquq-mühafizə orqanlarını üstümə göndərə bilərsən, iş aça bilərsən, amma mən həqiqəti deməkdən qorxmuram”, - erməni deputat bildirib
Mikrofonu söndürüldükdən sonra o, Zelenskiyə "orta barmaq" işarəsi göstərib.
Xalqın Xidmətçisi fraksiyasından olan deputatlar onun bu çıxışının yolverilməz olduğunu bildiriblər və qeyd ediblər ki, hadisə reqlament komitəsində müzakirəyə çıxarılacaq.