​Dünyanın ən zəhərli ilanı uşaq baxçasına sızdı

​Dünyanın ən zəhərli ilanı uşaq baxçasına
14:18 24.11.2022
108 Maraqlı
A- A+

Avstraliyada baş verən hadisə insanları dəhşətə gətirib.

Dünyanın ən zəhərli ilanlarından biri olan şərq qəhvəyi ilanı Avstraliyanın Kvinslend əyalətindəki uşaq bağçasına girib.

Uşaq bağçasına daxil olarkən uşaqların və müəllimlərin olduğu ərazidə dolaşan ilan balaca uşağın əlini iki yerdən dişləyib. İlan sancdıqdan sonra ağrıdan qışqıran uşağın vəziyyətini görən müəllimlər dərhal vəziyyətlə bağlı mühafizə qruplarına məlumat veriblər.

Uşağın üzərində sürünən şərq qəhvəyi ilanı tapan dəstələr dərhal ilanı torbaya qoyub və uşağı ən yaxın xəstəxanaya aparıblar.

Xəstəxanaya gətirilən uşağı şərq qəhvəyi ilan sancdığını öyrənən həkimlər dərhal uşağı reanimasiya şöbəsinə aparıblar. Uşağın vəziyyətinin çox ağır olduğu bildirilib.

Mənbə: Sondakika.com