Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında XX əsrin görkəmli kəşfiyyatçısı Rixard Zorgenin 130 illik yubileyi ilə əlaqədar videoçarx hazırlandı.
“Yubileylər silsiləsi“ layihəsi çərçivəsində hazırlanan videoçarxda tanınmış kəşfiyyatçı, alman jurnalisti, diplomat, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge haqqında məlumat verilir. Bildirilir ki, 1941-ci ilin oktyabrında Rixard Zorgenin kəşfiyyat fəaliyyətinin üstü açılır və o, 1941-ci ilin 18 oktyabrında Tokioda həbs edilir. 1943-cü ilin sentyabrında Zorge haqqında ölüm hökmü çıxarılır. 1944-cü il noyabrın 7-də əfsanəvi kəşfiyyatçı edam edilir.
1964-cü il noyabrın 5-də (20 ildən sonra) ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilir. Bakıda Zorgenin adını daşıyan küçə və park var, Sabunçu rayonunun Yeni Ramana qəsəbəsindəki 90 №-li tam orta məktəb Rixard Zorgenin adını daşıyır.