​"Bakının Baş planı tezliklə təsdiq olunmalıdır" - Dövlət Komitəsi

​
13:35 12.12.2022
1492 Layihə
A- A+

"Bakı şəhərinin Baş planı tezliklə təsdiq olunmalıdır".

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı işlər artıq bitib:

"Baş plan şəhərin zonalaşdırılmasını, müvafiq məhdudiyyətləri özündə əks etdirir. Paytaxta uyğun müasir şəhərsalma yanaşmaları da plana salınıb".