​Gənclərin diqqətinə! Gec ailə həyatı quranların çoxu bu 3 BÜRCDƏNDİR

​Gənclərin diqqətinə!
10:31 12.05.2023
A- A+
Evlilik məsuliyyət tələb edir. Bu o qədər böyük məsuliyyətdir ki, hər kəs onun öhdəsindən gələ bilmir. Bəzilərimiz bunu yaxşı bildiyi üçün evlilik, ailə qurmaq məsələsinə uzaqdan yanaşırlar.

Məntiqlə baxsaq, bir-birindən bu qədər fərqli olan iki insanın illərlə eyni evi, hətta eyni yatağı paylaşması insan təbiətinə çox ziddir.

Sevgi, ehtiras və həyəcanla başlayan və belə davam edəcəyinə inandığımız sevgilər bəzən zamanla sönür. Zaman keçdikcə, görürsən ki, şahzadə kimi evləndiyin yaraşıqlı insan iri qarınlı ayı çıxdı.

Zodyakın 3 bürcü var ki, onların elçisi lap sultan nəvəsi və ya dünyanın ən gözəl qızı olsa da, xeyri yoxdur. Bu 3 bürcün vecinə də olmaz. Hər kəs evlənməkdə maraqlı olduğu halda, onlar evdə qalmaqla maraqlanır.

Referans.az həmin bürcləri sizə təqdim edir:

Qoç

Qoç ehtiraslı, alovlu, həyəcanvericidir. Onlar üçün evlilikdə lazım olan 3 əsas şey var: ehtiras, atəş, həyəcan. Hansı ki, bunlar da gəlib keçicidir... Külək kimi! Qoçlar həyəcan axtarışında olduqlarından ciddi münasibət qurmaq, evlənmək istəməzlər. Evləndikdə belə çox güman ailələrinə sadiq qalmayacaqlar. 

Buğa

İkinci bürcümüz olan buğa evlərinə və azadlıqlarına olan bağlılığı ilə bu kateqoriyada ilk sıralardadır. Onlar özləri romantikdirlər, sevişməyi, öpməyi  sevirlər. Onlar istedadlıdırlar. Yemək bişirməkdə çox bacarıqlıdırlar. Oğlanlar üçün Buğa qızları mükəmməl gəlin olacaqlar. Qızlar üçün isə Buğa oğlanı mükəmməl, ev sevən, sadiq, sevgi dolu həyat yoldaşıdır.

Buğa yer elementinin üzvüdür və sabit bürclər qrupuna daxildir. Yəni bu bürc o qədər sabitdir ki, yenilikləri heç sevmir. O, valideynlərinin evinə o qədər öyrəşib ki, sıfırdan başlamaq, öyrəşdiyi mühiti tərk edib ailə qurmaq istəmir.

Dolça

Dolçalar olduqca şirin insanlardır. İrəli düşünən və hörmətlidirlər. Onlar humanistdirlər. Hamıya bərabər yanaşırlar. Ona görə də evlənmək onlar üçün deyil. Çünki partnyorumuz həyatımızda xüsusi və unikal olmaq istəyir. Bununla belə, dolça üçün hər kəs unikal və xüsusidir. Heç kimin heç kimdən üstünlüyü yoxdur. 

Sanki bu xüsusiyyətlər azmış kimi, onların həm də azadlıqlarına düşkünlüyü var. Dolçalar münasibətdə olaq, amma mənə qarışma, məni azad et, sıxma kimi tələblər irəli sürür və bütün bu tələblər "sevgililik" anlayışına ziddir. Münasibət qurmaq artıq bir deyil, iki nəfər olmaq deməkdir. Bir addım atarkən qarşı tərəfi düşünərək addım atmaq deməkdir. Bu hərəkətlər Dolça bürcünün əksinədir.