​Ehtiyatlı olun, həftənin bu günü infarkt keçirə bilərsiniz!

​Ehtiyatlı olun, həftənin bu günü infarkt keçirə bilərsiniz!
15:34 06.06.2023
A- A+
Statistikaya görə, infarkt riski həftənin bazar ertəsi günü xüsusilə yüksəkdir.

Bu qənaətə Belfast Sağlamlıq və Rifah Fondu ilə İrlandiya Kral Cərrahlar Kollecinin alimləri gəlib.

Onlar 2013-2018-ci illər arasında miokard infarktı ilə xəstəxanaya yerləşdirilən on mindən çox irlandiyalının tibbi təhlillərini araşdırıblar. Məlum olub ki, xəstəxanaya müraciət edən ürək xəstələrinin sayında artım ən çox həftənin əvvəlində və sonunda - müvafiq olaraq bazar ertəsi və bazar günlərində baş verir.

Hazırda bu modelin səbəbləri hələ tam izah edilməyib, lakin əvvəlki elmi məqalələrdə bunun sirkadiyalı ritmlərlə bağlı ola biləcəyini irəli sürülüb. Həkimlər istisna etmirlər ki, insan stress vəziyyətində olduğu üçün həftənin ilk iş günü infarkt ehtimalı artır./Publika.az