​Vanqanın 2023-cü illə bağlı ŞOK PROQNOZU - “Asiyanın üzərinə çökəcək mistik bulud”

​Vanqanın 2023-cü illə bağlı ŞOK PROQNOZU
11:56 07.06.2023
A- A+
Proqnozları hər zaman böyük maraqla qarşılanan Vanqanın 2023-cü illə bağlı dedikləri yenidən müzakirə mövzusu olub.

Bu dəfə “New York Post” qəzetində Vanqanın mümkün nüvə müharibəsi ilə bağlı fikirləri yer alıb. Sözügedən xəbər qısa zamanda nəşrin ən çox oxunan materialı olub. Məqalədə Vanqanın keçmişdə verdiyi proqnozlara istinad edilib. Kahinin 2023-cü ilin sonunda nüvə müharibəsi gözlədiyini vurğulayan qəzet onun “Asiyanın üzərinə çökəcək mistik bulud” sözlərini nüvə fəlakəti kimi şərh edib.

Qeyd olunub ki, Vanqanın proqnozlarına əsasən, güclü dövlətlərdən birinin istifadə edəcəyi silah dünyanı təhlükəyə atacaq. Bu proqnozun yenidən gündəmə gəlməsinə səbəb isə Ukraynada partladılmış Kaxovka bəndi olub. “New York Post” qeyd edib ki, bu bənd Krım bölgəsini su ilə təmin etməklə tanınsa da, onun ən mühüm xüsusiyyəti Ukraynadakı atom elektrik stansiyasının soyumasına kömək etmək idi. Nəşrin məlumatına görə, sözügedən hadisə ilə nüvə fəlakəti ehtimalı artıb./Sfera.az