​Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir - FOTO

​Bakıda Zəfər Günü münasibətilə hərbçilərin
10:33 08.11.2023
1149 Hərbi
A- A+
8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.
 

Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.


Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.


Daha sonra hərbçilərin yürüşü başlayıb.


 
Belə ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi istiqamətində hərəkət edir.


Yürüşün digər marşrutu Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəlidir.
 

Başqa bir hərbçi qrupu isə Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu ilə yürüş edir.


Yürüşün daha bir marşrutu isə "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ. Nəsimi heykəli - Neftçilər prospekti istiqamətidir.
 

Yürüşdə “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır!” və başqa şüarlar səsləndirilir./“Report”