​Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb - FOTO

​Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb
10:01 14.11.2023
158 Hərbi
A- A+

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.