​Ərindən boşanan Sevda: "Mənim üçün o kişi deyil" - VİDEO

​Ərindən boşanan Sevda:
11:16 16.11.2023
1301 Maqazin
A- A+

"Kişilərin əlksəriyyətində elə düşüncə var ki, boşananda elə bil ki, uşaqdan da boşanırlar. Axı uşaq sənin də uşağındır, mənim də uşağımdır".

Sulh.info.az  titul.az-a istinadən xəbər verir ki, bunu həyat yoldaşından ayrılan Sevda Sanaliyeva bildirib.

Müğənni keçmiş həyat yoldaşının aliment məsələsinə toxunarkən qeyd edib:

"Çox şans verdim, çox şərait yaratdım ki, uşaqla görüşsün. Hətta bir neçə il səbr etdim. Amma alınmadıqdan sonra dedim ki, aliment ödənilsin. Hesablatdım ki, çox yığılıb".

Sevda aliment verməyən kişilərə efirdən sərt ifadələr belə işlətməkdən çəkinməyib: 

 

Müğənninin açıqlamasını daha ətraflı videodan izləyə bilərsiniz:

Qeyd edək ki, iki dəfə ailə quran S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb.