​Şəfiqə Nağıyevadan Samirəni tənqid edən EKSPERTƏ: "Belə gücün çatır, başqasının həyat yoldaşından... "

​Şəfiqə Nağıyevadan Samirəni tənqid edən EKSPERTƏ:
15:12 16.11.2023
204 Maqazin
A- A+
Tanınmış vəkil Şəfiqə Nağıyeva "Elgizlə izlə" verilişində müğənni Samirə Yusifqızının rəqsinin tənqid edilməsinə səssiz qalmayıb. 


Sulh.info.az 
xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşm edib.

 
Nağıyeva sənətçini efirdə tənqid edən ekspertə sərt sözlər söyləyib:


"Verlişlərin birində köhnə bir ssenari ilə rastlaşdım. Tanımadığım bir qadın Samirə Yusifqızını rəqsinə görə tənqid edib və cavanların ondan nə örnək götürəcəyini söyləyib. Adama deyərlər ki, belə gücün çatır başqasının həyat yoldaşından qeyri-qanuni uşaq dünyaya gətirib, bəh-bəhlə qucağına alan bəzi müğənniləri tənqid et.


Mahnı ifa edərkən səsi olmadığı üçün tamaşaçıların fikrini öz saxta vücuduna cəlb etmək istəyən bəzi müğənniləri tənqid et. Edə bilməzsən axı, çünki onlara gücün çatmaz. Samirə xanım uşaqlarını böyütmək üçün hər əzaba qatlanıb. Samirəni tənqid etməyə nə var, çünki arxasında heç kim yoxdur…".


Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni Samirə Yusifqızının toylardan birində çəkilən videosu yayılaraq müzakirələrə səbəb olub.