​İlhamə Quliyevanın bacısından mirasla bağlı Əli Mirəliyevə cavab - VİDEO

​İlhamə Quliyevanın bacısından mirasla bağlı
12:33 20.11.2023
1447 Maqazin
A- A+

Müğənni Əli Mirəliyev yaxın qohumu, mərhum Xalq artisti İlhamə Quliyevanın mirasının bacısı Gülbahar Quliyeva tərəfindən mənimsədiyini iddia edib. 

Bununla bağlı sənətkar “Space star” maqazin verilişinə müsahibəsində deyib. 

“Gülbahar, sənə nə edib bu qız (İlhamə Quliyevanı nəzərdə tutur – red.). Utanmadın, gəlib sahib oldun onun avtomobilinə, şəhərdəki evlərinə, bağına? Sən onun düşmənisən. İlhamə Quliyevanın qəbri niyə belə toz içində qalmalıdır? Mal-mülkü şirindirsə, qəbri də sizə əziz olmalıdır. İlhamənin qardaşı dünyasını dəyişib. İlhamə digər bacısı İradəni çox istəyirdi. Lakin Gülbahardan zəhləsi gedirdi.



Bunu mən çox yaxşı bilirəm. İlhamə qızıma vəfat etməzdən əvvəl demişdi ki, mən öləndən sonra bacılarımı qəbrimə yaxın buraxma. Onun mülkləri “ogey” bacılarına gismət oldu, amma xarici pasportu mənə (gülür)”. 

Gülbahar xanım Əli Mirəliyevin ittihamlarına belə cavab verib: 



“Əli Mirəliyev çox söz deyə bilər. Biz ziyarətimizi nə vaxt lazımdırsa, gedib edirik. Qəbirsanlıqda xüsusi işçilər var. Molla və məzarları təmizləyən işçilər var. Onlar bizi bacım İlhamənin qəbrini ziyarət edən zaman görürlər. Camaatın özü də bizi orada görür. Əli Mirəliyevin səsləndirdiyi fikirlər mənə maraqlı deyil. İlhamənim qəbri toz basmayıb. Bacım İlhamə ilə hər zaman münasibətim yaxşı olub. Gediş-gəlişimiz də olub. Anamız rəhmətə gedəndən sonra İlhamə xanım bacımız İradənin evində yaşayıb. Əli Mirəliyev ondan uzaq idi və illərlə İlhamə xanım onunla danışmayıb. Bunu mən demirəm, bunu hamı bilir”.



Qeyd edək ki, İ.Quliyeva sağlığında “Mənim Əli Mirəliyev adında qohumum yoxdur. Yalan söyləyir. O, mənim qohumum deyil. Özünü mənim sayəmdə reklam etməsin. Mən bunu ona qadağan edirəm” açıqlamasını vermişdi.  


Ekspertizanın ilkin nəticələrinə əsasən, Xalq artisti trombdan (qan damarının tutulması) 2016-ci ildə dünyasını dəyişib. O, 80-cı illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünovanı daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artistinin övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. Quliyeva məşhur müğənni Tükəzban İsmayılovanın qızıdır.