​Yapon pulu rekord səviyyədə ucuzlaşdı

​Yapon pulu rekord səviyyədə
15:57 19.10.2022
A- A+

Yaponiya milli valyutasının məzənnəsi rekord enişini davam etdirir.

Bu barədə Tokioda valyuta ticarətinin məlumatlarında bildirilib.

“Yerli vaxtla saat 12:00-a olan məlumata görə, Yaponiya valyutası 1 dollar üçün 149 yendən aşağı düşüb. Hazırda dollar 149,17-149,18 yenədir. Yalnız avqustun əvvəlindən yen dollara nisbətdə 14% zəifləyib”.

Yaponiyanın rəsmiləri bildirib ki, onlar diqqətlə bazardakı vəziyyəti yoxlayırlar.