"Bugünkü toplantıda təhsillə bağlı, əxlaqi dəyərlərin gənclərə aşılanması, təcrübə və tələbə mübadiləsi kimi məsələlər yer alıb".
Bunu Özbəkistan müftisi Nuriddin Xoliknazarov Türk Dövlətləri Təşkilatına üz ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə deyib.
O bildirib ki, gələn ildən Daşkənd İslam Universitetində artıq xarici tələbələrin qəbuluna başlanılacaq:
"Bu tələbələr arasında Türk dövlətlərindən gələn tələbələri də görmək bizim üçün xoş olardı. Bu gənclərdən gələcəyin müftiləri yetişdiriləcək. Həmçinin biz mədrəsə məzunlarının forumunu təşkil etmək niyyətindəyik".
Özbəkistanın dini lideri qeyd edib ki, beynəlxalq dini qurumlarla çalışmaq və dini bayramların bərabər qeyd edilməsi məsələsi də var.
"Qurban və Ramazan bayramlarını eyni gündə qeyd etməklə bağlı təklif irəli sürülüb. Hesab edirəm ki, bu istiqamətdə ortaq qərarın qəbulu türk dövlətlərini bir-birinə daha da yaxınlaşdıracaq".
Mənbə: APA