Yeni reallıqlarda miqrasiya siyasətinin hazırki konsepsiyasını korrektə etmək lazımdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.
"Hörmətli həmkarlar, indi keçək Təhlükəsizlik Şurasının iclasının gündəliyinə... Gəlin miqrasiya siyasətinin bəzi məsələlərini müzakirə edək. Bu sahə milli təhlükəsizlik, Rusiyanın və cəmiyyətimizin stabil inkişafı üçün son dərəcə həssasdır. Dünyada vəziyyət dinamik şəkildə dəyişir, miqrasiya sferasına təsir edən yeni qlobal və regional faktorlar yaranır”, - deyə Putin vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, bu dəyişikliklərə operativ və effektli reaksiya vermək, yeni reallıqların hərtərəfli təhlili əsasında işi təkmilləşdirmək lazımdır.