​"Ölkədən çıxışa əlavə məhdudiyyətlərin tətbiqi planlaşdırılmır" - Rusiya XİN

​
17:10 19.10.2022
523 Dünya
A- A+

Rusiya Federasiyası böyük həcmli turist axını olan ölkələrdə yeni konsulluqların açılması məsələsini müzakirə edir.

Bunu Rusiya XİN rəhbərinin müavini Yevgeni İvanov deyib.

O həmçinin bildirib ki, Rusiya Avropa ölkələrində konsulluqların bağlanması və diplomatların ixtisara salınması təşəbbüsünü irəli sürməyə hazırlaşmır.

İvanov onu da deyib ki, ölkədən çıxışa əlavə məhdudiyyətlərin tətbiqi planlaşdırılmır.

Mənbə: TASS