​Bakıda ikimərtəbəli obyektdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

​Bakıda ikimərtəbəli obyektdə yanğın olub,
21:13 19.10.2022
322 Hadisə
A- A+

Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli obyektdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ümumi sahəsi 96 m² olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi geyim mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) zirzəmisinin giriş hissəsində istifadəyə yararsız əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan qismən 1 ədəd rəf qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.