​Yol hərəkətinin təşkili üzrə Komissiyanın üzvləri artırılıb

​Yol hərəkətinin təşkili üzrə Komissiyanın üzvləri
22:45 19.10.2022
294 Ölkə
A- A+

Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyanın üzvləri artırılıb.

"Report" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Komissiyanın üzvləri siyahısına səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, elm və təhsil nazirlərinin müavinləri əlavə edilib.