​ATƏT Ermənistanın sərhədyanı ərazilərinə ekspert qrupu göndərəcək

​ATƏT Ermənistanın sərhədyanı ərazilərinə
23:45 19.10.2022
265 Ölkə
A- A+

ATƏT oktyabrın 21-27-də Ermənistanın sərhədyanı ərazilərinə ekspert qrupu göndərəcək.

APA xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.

Bildirilib ki, oktyabrın 21-27-də ATƏT bir sıra sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirmək üçün Ermənistana ekspertlər qrupu göndərəcək.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Azərbaycanla sərhədə müşahidəçilərin göndərilməsi üçün təşkilata müraciət edib.