​Dünya çempionatlarında ən çox iştirak etmiş futbolçular açıqlanıb

​Dünya çempionatlarında ən çox iştirak etmiş futbolçular
10:10 20.10.2022
272 İdman
A- A+

Dünya çempionatlarının final mərhələlərində indiyədək ən çox iştirak etmiş futbolçular bəlli olub.

 Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytında qeyd edilib ki, 3 oyunçu 5 mundialda forma geyinib.

Meksikalı Antonio Karbahal, onun həmyerlisi Rafael Markes və almaniyalı Lotar Matteus ilk "3-lük"də qərarlaşıb.

Hazırda "Parma"da çıxış edən Canluici Buffon 5 yarışda heyətdə olsa da, yalnız 4-də meydana çıxıb. 44 yaşlı qolkiper DÇ-1998-də forma geyinməyib.

Siyahıda karyerasını davam etdirən meksikalı Andres Quardado, argentinalı Lionel Messi, ispaniyalı Serxio Ramos və portuqaliyalı Kriştianu Ronaldu da var. Hər 4 oyunçu 4 dəfə mundialda meydana çıxıb.