Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 74 əcnəbi saxlanılıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, bu ilin 9 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6249 nəfər cəlb edilmişdir ki, onlardanda 6079-u kişi, 170-i qadın olub.
Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 74 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilən 74 xarici ölkə vətəndaşından 36-sı İran, 8-i Gürcüstan, 10-u Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna , 1-i Maldiv və 13-ü Rusiya vətəndaşı olub.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 686,303 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.