​Bakıda “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb

​Bakıda “Belçikaya komikslərlə səyahət” adlı sərgi
11:25 20.10.2022
A- A+

Bakıda “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb.

Sərgi Milli İncəsənət Muzeyinin və Belçikanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

“Sərgi Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin 30-cu ildönümünə həsr olunub. Ümid edirik və inanırıq ki, incəsənət vasitəsilə əməkdaşlığımızı daha da möhkəmləndirə biləcəyik", - Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans açılış mərasimində deyib.

Komikslər "9-cu incəsənət" hesab olunur. Bu janrda trend yaradan mövqe Belçikaya məxsusdur. Brüsseldə komikslərə həsr olunmuş muzeylər, komiksləri əldə edə biləcəyiniz çoxlu butiklər və mağazalar fəaliyyət göstərir.

İllüstratorlar Olivye Şrauven, Hak Limans, Jan-Klod Serve, Jeff Neeys, Brext Evens, Didye Komes, Frankenin əsərləri sayəsində sərgi iştirakçıları Belçikanın şəhərləri və görməli yerləri, həmçinin ölkənin mədəni ənənələri ilə tanış olacaqlar.