​Azərbaycan və Türkiyə rəsmiləri iqtisadi əməkdaşlığı müzakirə ediblər

​Azərbaycan və Türkiyə rəsmiləri iqtisadi əməkdaşlığı
12:20 20.10.2022
A- A+

Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Mustafa Kemal Koloğlu ilə iqtisadi əməkdaşlığı müzakirə edib.

Bunu KOBİA-nın sədri Orxan Məmmədov tviterdə bildirib.

Onun sözlərinə görə, Agentlikdə keçirilmiş görüşdə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.