Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Şuşadan erməni kilsəsinə, Eçmiədzinə müraciət edib.
O, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən üçüncü görüşündə çıxışı zamanı erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsinin böyük təəssüf doğurduğunu bildirib.